image-qanunla-reklam
image-media-534856633_1320289196117522_4375936791702985323_n-81wpub95ymftsrzjlh6c

Biz düşməndən qisasımızı döyüş meydanında aldıq. Biz bir daha xalqımızın böyüklüyünü göstərdik

image-lady-day-az

Biz düşməndən qisasımızı döyüş meydanında aldıq. Biz bir daha xalqımızın böyüklüyünü göstərdik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 21-də Kəlbəcər və Ağdərə rayonlarına növbəti dəfə səfər etməsi mühüm əhəmiyyət daşıyır. Ölkə başçımızın və birinci xanımın bu ərazilərə mütəmadi səfərləri Azərbaycanın Böyük Qayıdış Proqramının növbəti uğurlu mərhələsi olmaqla yanaşı, dövlətimizin azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə verdiyi yüksək önəmin bariz nümunəsidir.

Uzun illər erməni işğalı altında qalmış bu rayon böyük dağıntılara məruz qalmış, burada yaşayış məntəqələrinin və infrastrukturların çoxu tamamilə məhv edilmişdi.  Hazırda rayonda Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə bərpa-quruculuq işləri həyata keçirilir. Yolların çəkilməsi, elektrik stansiyalarının istifadəyə verilməsi, su təchizatı sistemlərinin qurulması və digər infrastruktur layihələri bölgənin iqtisadi inkişafına zəmin yaradır. Dövlətimizin başçısının və birinci xanımın bu səfəri zamanı da açılışı həyata keçirilən obyektlər həm yerli sakinlər üçün, həm də regionun ümumi inkişafı üçün böyük əhəmiyyət daşıyır.

Kəlbəcər şəhəri illər sonra doğma sakinlərinə qapılarını açır, 32 illik həsrətin ardından yenidən canlanır. Bu qayıdış yalnız torpaq məsələsi deyil, hər addım xalqın iradəsini, dövlətin qüdrətini və milli qüruru əks etdirir. Kəlbəcər yenidən həyatla dolur, doğma sakinlərini qucaqlayır və gələcəyə ümidlə baxır. Beləliklə, bu qayıdış həm xalqın əzminin, həm də dövlətin qərarlılığının və milli birliyin parlaq simvoluna çevrilir.

Kəlbəcərin yenidən qurulması yalnız fiziki bərpa deyil, həm də milli yaddaşın və mədəni irsin qorunmasıdır. Dağıdılmış şəhər və kəndlərin yerinə yeni binalar, məktəblər və ictimai obyektlər tikilir, tarixi məkanlar bərpa olunur. Hər yeni bina, hər təməl, Azərbaycanın güclü, ləyaqətli və müstəqil dövlət kimi inkişafının əyani sübutudur.

Cənab Prezident İlham Əliyev Kəlbəcərlilərlə görüşdə bildirib ki, müharibə başa çatsa da, Azərbaycana qarşı edilən cinayətlər yaddan çıxmamalıdır: “Biz düşməndən qisasımızı döyüş meydanında aldıq. Biz bir daha xalqımızın böyüklüyünü göstərdik. Onların bizə etdiklərini biz onlara etmədik. Halbuki onların etdikləri heç vaxt yaddaşımızdan silinməyəcək. O cümlədən kəlbəcərlilərə qarşı edilən hərbi cinayətlər, soyqırımı, Xocalı soyqırımı, digər bölgələrdən olan vətəndaşlarımıza qarşı düşmənçilik, ədavət və vəhşilik heç vaxt yaddaşımızdan silinməyəcək və silinməməlidir. Bunu mən həm müharibəni qazanan ölkənin Ali Baş Komandanı kimi və bu gün Ermənistanla, məğlub edilmiş Ermənistanla sülh prosesinin iştirakçısı kimi deyirəm. Biz istəmirik ki, müharibə olsun. Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq”.

Gülər Ağayeva- Zərdab rayon Alıcanlı kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki