Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik
Azərbaycan və Gürcüstan arasında münasibətlər tarixi köklərə əsaslanır. Əsrlər boyu bu iki xalq dostluq və qarşılıqlı hörmət şəraitində yaşamışdır.Prezidentin çıxışında qeyd olunduğu kimi, iki ölkə arasında mövcud olan siyasi sabitlik və qarşılıqlı etimad bu əməkdaşlığın əsasını təşkil edir.Gürcüstanın iqtisadi inkişafı və əlverişli investisiya mühiti Azərbaycan investorlarının diqqətini cəlb edir.İki ölkə arasında ticarət dövriyyəsinin artması iqtisadi əlaqələrin gücləndiyini göstərir. Energetika sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bakı–Tbilisi–Ceyhan və Cənub Qaz Dəhlizi layihələri region üçün strateji əhəmiyyət daşıyır. Cənubi Qafqazda yeni geosiyasi vəziyyət formalaşır və bu, sülh və əməkdaşlıq üçün yeni imkanlar yaradır. Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Nəqliyyat dəhlizləri, xüsusilə Orta Dəhliz layihəsi regionun iqtisadi əhəmiyyətini artırır. Prezident İlham Əliyevin Gürcüstana səfəri Azərbaycan-Gürcüstan mühüm mərhələ kimi qiymətləndirilir. Bu səfər iki qardaş ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraqlara xidmət edən layihələrin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etmişdir ki, Gürcüstanla münasibətlər dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. O, bu səfərin iki ölkə arasında əlaqələrə yeni təkan verəcəyinə əminliyini ifadə etmişdir. Bu fikirlər bird aha göstərir ki, Azərbaycan və Gürcüstan yalnız qonşu deyil, həm də strateji tərəfdaş və etibarlı müttəfiqlərdir. Səfər zamanı regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olmuşdur. Tərəflər Cənubi Qafqazda sülh və sabitliyin qorunmasının vacibliyini vurğulamış, əməkdaşlığın bu istiqamətdə də davam etdirilməsinin əhəmiyyətini qeyd etmişlər. Bu baxımdan, Azərbaycan-Gürcüstan münasibətləri regionda sabitliyin əsas dayaqlarından biri kimi çıxış edir. Bundan əlavə, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni imkanlar da müzakirə edilmişdir. Ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin təşviqi və biznes əlaqələrinin gücləndirilməsi tərəflərin əsas prioritetlərindən biri kimi diqqətə çatdırılmışdır. Nəticə etibarilə Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasında mövcud olan möhkəm dostluq və tərəfdaşlıq münasibətlərini bird aha təsdiqləmişdir.
Əlvənd kənd tam orta məktəbin direktoru E. Xəlilov





















