image-qanunla-reklam
image-3b28f716e130f58fe340163322f622aa_17754725715856337280_1200x630

Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik

image-lady-day-az

Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik.

 

Cənab Prezident İlham Əliyevin Gürcüstana 2026-cı il 6 aprel tarixli rəsmi səfəri, iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm hadisə kimi yadda qaldı. Səfər çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr Azərbaycan–Gürcüstan münasibətlərinin yalnız regional deyil, həm də beynəlxalq müstəvidə əhəmiyyətini bir daha ortaya qoydu.

Səfər zamanı Prezidentin səsləndirdiyi fikirlər iki ölkənin beynəlxalq arenada da bir-birinə verdiyi dəstəyin aydın göstəricisidir: “Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik. Cənab Baş nazir qeyd etdiyi kimi, hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik”. Bu bəyanat Azərbaycan və Gürcüstan arasında mövcud olan siyasi həmrəyliyin və qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu təsdiqləyir. Xüsusilə ərazi bütövlüyü və suverenlik kimi həssas məsələlərdə ortaq mövqedən çıxış edilməsi iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını göstərir. Bu cür yanaşma regionda sabitliyin qorunmasına və mümkün risklərin qarşısının alınmasına mühüm töhfə verir.

Azərbaycan və Gürcüstan uzun illərdir ki, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyən etibarlı tərəfdaşlar kimi çıxış edirlər. Bu əməkdaşlıq yalnız siyasi sahə ilə məhdudlaşmır, həm də iqtisadi, enerji və nəqliyyat layihələrində özünü aydın şəkildə göstərir. Xüsusilə regionun enerji təhlükəsizliyində mühüm rol oynayan birgə təşəbbüslər hər iki ölkənin beynəlxalq nüfuzunu artırır.

Bundan əlavə, iki ölkə arasında formalaşmış qarşılıqlı hörmət və etimad mühiti əməkdaşlığın davamlı inkişafını təmin edən əsas amillərdən biridir. Dövlət rəhbərlərinin mütəmadi görüşləri və açıq dialoqu mövcud əlaqələrin daha da dərinləşməsinə şərait yaradır. Bu isə həm regionda, həm də daha geniş coğrafiyada sabitlik və əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırır.

Cənab Prezident İlham Əliyevin Gürcüstana səfəri və verdiyi bəyanat bir daha göstərir ki, Azərbaycan–Gürcüstan münasibətləri möhkəm təməllər üzərində qurulub və daim inkişaf edəcəkdir. Qarşılıqlı dəstək, ortaq maraqlar və strateji əməkdaşlıq bu münasibətlərin əsas sütunlarını təşkil edir və regionun ümumi inkişafına xidmət edir.

 

Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki