image-qanunla-reklam
image-1772522801_d15a63f0a957f8f53e08a1e272db9ca3

Biz 12 ölkəyə qaz tədarük edirik

image-lady-day-az

Biz 12 ölkəyə qaz tədarük edirik

Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxışı Azərbaycanın enerji siyasətinin strateji istiqamətlərini, regional və qlobal enerji təhlükəsizliyində rolunu, eləcə də yaşıl enerji transformasiyasına keçidini əhatə edən mühüm proqram xarakterli nitq kimi dəyərləndirilə bilər. Son on iki il ərzində Cənub Qaz Dəhlizi təşəbbüsü təkcə iqtisadi layihə deyil, həm də siyasi və geostrateji əməkdaşlıq platformasına çevrilmişdir. Dövlət başçısının vurğuladığı kimi, birlikdə toplaşmaq, enerji təhlükəsizliyi məsələlərini dialoq yolu ilə həll etmək və qarşılıqlı maraqlar əsasında əməkdaşlığı dərinləşdirmək bu təşəbbüsün əsas fəlsəfəsini təşkil edir. Müasir dövrdə enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Azərbaycan hazırda 16 ölkəyə qaz ixrac edir və boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə dünyada birinci yerdədir. Bu fakt ölkəmizin enerji diplomatiyasının uğurlu nəticəsidir. Xüsusilə Avropa İttifaqının 10 üzv dövlətinə Azərbaycan qazının çatdırılması ölkəmizin Avropanın enerji bazarında mühüm tərəfdaş kimi mövqeyini gücləndirmişdir. Almaniya və Avstriyaya qaz tədarükünün başlanması isə bu coğrafiyanın daha da genişləndirilməsinin göstəricisidir. Cənub Qaz Dəhlizi artıq tam gücü ilə fəaliyyət göstərir və mövcud infrastruktur demək olar ki, tam yüklənmişdir. Bu isə yeni genişləndirmə layihələrinə ehtiyac yaradır. Qarşıdakı illərdə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz layları, “Abşeron” yatağının tammiqyaslı işlənməsi, “Ümid” yatağının ikinci mərhələsi və “Şahdəniz” layihəsinin yeni mərhələsi çərçivəsində əlavə 10-15 milyard kubmetr qaz hasilatı planlaşdırılır. Bu, həm ixrac potensialını artıracaq, həm də enerji təhlükəsizliyində Azərbaycanın rolunu daha da möhkəmləndirəcəkdir. Qaz təchizatının şaxələndirilməsi həm istehsalçı, həm tranzit, həm də istehlakçı ölkələr üçün həyati əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan yalnız öz maraqlarını deyil, tərəfdaş ölkələrin enerji təhlükəsizliyini də nəzərə alır. Suriyaya qaz tədarükünün başlanması bunun bariz nümunəsidir. 1,5 milyard kubmetr həcmində qaz tədarükü həmin ölkədə elektrik enerjisi qıtlığının azaldılmasına və sosial-iqtisadi sabitliyin gücləndirilməsinə xidmət edir. Enerji siyasətinin digər mühüm istiqaməti yaşıl enerji gündəliyidir. Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafını strateji prioritet kimi müəyyən etmişdir. 240 meqavat gücündə külək elektrik stansiyasının istismara verilməsi və 230 meqavatlıq Günəş elektrik stansiyasının fəaliyyəti bu istiqamətdə atılan real addımlardır. 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi istehsalı planlaşdırılır ki, bu da ölkənin enerji balansında ciddi dəyişiklik yaradacaqdır. Hidroenerji potensialının genişləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərdə artıq 307 meqavat gücündə hidroelektrik stansiyalar sistemə qoşulmuşdur və yaxın illərdə bu göstəricinin iki dəfə artırılması nəzərdə tutulur. Bu, həm ucuz enerji mənbəyinin formalaşmasına, həm də regionun iqtisadi dirçəlişinə töhfə verəcəkdir. Azərbaycanın enerji strategiyası yalnız hasilat və ixracla məhdudlaşmır. Ölkəmiz eyni zamanda etibarlı tranzit ölkə rolunu oynayır. Qazaxıstan və Türkmənistan neftinin nəqli, Xəzərin şərq sahillərindən əlavə həcmlərin qəbul edilməsi imkanları Azərbaycanın logistika və infrastruktur üstünlüklərini nümayiş etdirir. Bununla yanaşı, Türkiyədə 870 meqavat gücündə elektrik stansiyasının əldə edilməsi və Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilənin imzalanması Azərbaycanın regional enerji bazarında investor və operator kimi rolunu genişləndirir. İtaliyada iki neftayırma müəssisəsinin əldə olunması isə Aralıq və Egey dənizi hövzəsində 22 milyon tonluq emal potensialı formalaşdırır. COP29 çərçivəsində səsləndirilən fikirlər də Azərbaycanın enerji siyasətinin balanslaşdırılmış xarakterini göstərir. Dövlət başçısı vurğulamışdır ki, qazıntı yanacaqları tamamilə nəzərə almadan enerji keçidi mümkün deyil. Realizm və praqmatizm əsas prinsip olmalıdır. Azərbaycan həm təbii qaz ehtiyatlarından səmərəli istifadə edir, həm də bərpaolunan enerji mənbələrinə milyardlarla dollar sərmayə yatırır. Nəticə etibarilə, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji təhlükəsizliyi sahəsində əldə etdiyi nailiyyətləri və qarşıya qoyduğu strateji hədəfləri aydın şəkildə ortaya qoyur. Cənub Qaz Dəhlizi və Yaşıl Enerji təşəbbüsləri ölkəmizin qlobal enerji sistemində mövqeyini möhkəmləndirir, iqtisadi inkişafı sürətləndirir və beynəlxalq tərəfdaşlığı dərinləşdirir. Azərbaycanın enerji siyasəti artıq yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələ həm ənənəvi enerji resurslarının səmərəli idarə olunmasını, həm də yaşıl transformasiyanın uğurla həyata keçirilməsini nəzərdə tutur. Enerji təhlükəsizliyi, dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıq prinsipləri üzərində qurulan bu strategiya ölkəmizin uzunmüddətli milli maraqlarına xidmət edir. Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxışı Azərbaycanın enerji siyasətinin strateji istiqamətlərini, regional və qlobal enerji təhlükəsizliyində rolunu, eləcə də yaşıl enerji transformasiyasına keçidini əhatə edən mühüm proqram xarakterli nitq kimi dəyərləndirilə bilər. Son on iki il ərzində Cənub Qaz Dəhlizi təşəbbüsü təkcə iqtisadi layihə deyil, həm də siyasi və geostrateji əməkdaşlıq platformasına çevrilmişdir. Dövlət başçısının vurğuladığı kimi, birlikdə toplaşmaq, enerji təhlükəsizliyi məsələlərini dialoq yolu ilə həll etmək və qarşılıqlı maraqlar əsasında əməkdaşlığı dərinləşdirmək bu təşəbbüsün əsas fəlsəfəsini təşkil edir.

Əlvənd kənd tam orta məktəbin direktoru E. Xəlilov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki