image-qanunla-reklam
image-news-2024-03-02-133606-777949

Birləşmiş Ərəb Əmirliklərini təmsil edən ADNOC şirkəti Abşeron layihəsinin səhmdarı oldu

image-lady-day-az

Birləşmiş Ərəb Əmirliklərini təmsil edən ADNOC şirkəti Abşeron layihəsinin səhmdarı oldu.

Cənab İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı bir çox vacib məsələlərə toxunmuşdur. Prezident İlham Əliyev çıxışı zamanı vurğulamışdır ki, “Əməkdaşlığın yeni perspektivləri, enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir”. Qeyd etmək lazımdır ki, regionun aparıcı dövləti olan Azərbaycan dünya ölkələri üçün əməkdaşlıq baxımından ən cazibədar ölkələr sırasındadır və qabaqcıl yerlərdən birini tutur. Xüsusi yerə malik olan sahə isə məhz enerji resurslarıdır ki, bu istiqamətdə ölkəmiz regionda ən etibarlı tərəfdaş hesab olunur. Cənab İlham Əliyev görüşdə bildirmişdir ki, “Bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Azərbaycana gəldikdə Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir. Yəni, biz burada, bu formatda, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük”. Qeyd etmək lazımdır ki, bu marşrutdan innektorlar vasitəsi ilə müxtəlif ölkələr özlərini qazla təmin edir və bu proses davam edir. Növbəti illərdə daha çox ölkə Xəzər hövzəsindəki qazdan istifadə edəcək. Bununla da Azərbaycan Avrasiyadakı geosiyasi vəziyyətdən yararlanmaqla bu coğrafiyanın enerji və logistik marşrut xətlərini yenidən müəyyən edəcəkdir. Prezident İlham Əliyev çıxışı zamanı qeyd etdi ki, “Bizim enerji layihələrimizlə bağlı daha bir məqam ondan ibarətdir ki, dost Birləşmiş Ərəb Əmirliklərini təmsil edən ADNOC şirkəti Abşeron layihəsinin səhmdarı oldu. Biz bunu alqışlayırıq, heyətimizə xoş gəlmisiniz. Bu, əlavə maliyyələşmə, təcrübə deməkdir və beynəlxalq əməkdaşlığı genişləndirəcəkdir. Bizimlə birgə çalışmaq arzusunda olan enerji şirkətlərindən çoxsaylı müraciətlər daxil olur. Bu müraciətlər həmin şirkətlərin fəaliyyət göstəricilərinə və bizim enerji gündəliyimizə əsasən nəzərdən keçirilir. Gələcək planlarımıza gəldikdə, əlbəttə, bu gün biz onları geniş müzakirə edəcəyik. Mən onlardan yalnız bir neçəsini səsləndirmək istərdim. İlk növbədə, biz gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözləyirik. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” bizim neft ixracımızın əsas mənbəyidir. Hazırda kəşfiyyata başlanılması ilə bağlı tərəfdaşlarımızla razılığa gəlmişik və bu əlavə töhfə olacaqdır. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dəfə artacaqdır. Bu “Şahdəniz” və “Abşeron” yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaqdır”. Bu günlərdə artıq “yaşıl enerji”nin Avropa çatdırılması məqsədi ilə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın hakimiyyət orqanları Qara dəniz vasitəsilə elektrik kabelinin çəkilməsi üçün birgə şirkət yaratmaq imkanını nəzərdən keçirir. Artıq bu məsələ 1 mart tarixində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında da müzakirə edilib və tərəflər arasında ilkin razılıq əldə edilib. Qara dəniz sualtı elektrik kabeli davamlı enerji ötürülməsi zəncirinin təmin edilməsində həlledici rol oynayacaq və Qara dəniz dibindən çəkiləcək sualtı kabel layihəsi enerji təhlükəsizliyinin daha geniş formada təmin edilməsi baxımdan mühüm addımdır. Bu da yekun etibarı olaraq təkcə sazişi imzalayan dövlətlər arasında deyil, eyni zamanda Qara dəniz hövzəsi və Avropa ölkələri arasında əməkdaşlığın inkişafına xüsusi töhfəsini verəcəkdir.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

“Ümid” yatağı.

“Ümid” qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi ilə bağlı planlarımız var ki, potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olar. “Ümid” qaz  və kondensatla zəngindir. Yataqdan əldə olunan hasilat onun ümidləri doğrultduğunu  təsdiq edir. Belə ki,  indiyədək  buradan 5,4 milyard kubmetr  təbii qaz və 856,1 min ton kondensatın çıxarıldığı bildirilib. Yatağın ümumi karbohidrogen ehtiyatları isə 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir. “Ümid” yatağı Bakıdan 75 kilometr cənubda, qurudan  40 kilometr məsafədə yerləşir. 2009-cu ildə  strukturda dərin axtarış-kəşfiyyat qazmasına başlanmış və 2010-cu ilin noyabrında  burada nəhəng qaz-kondensat yatağı kəşf edilmişdir. Xatırladaq ki, 2010-cu il noyabrın 19-da şirkətin rəhbərləri ilə görüş zamanı 2010-cu il noyabrın 19-da şirkətin rəhbərləri ilə görüş zamanı Prezident İlham Əliyev “Ümid”in açılmasının  böyük əhəmiyyət daşıdığını qeyd etmişdir. Dövlət başçısı  bu mühüm hadisəni belə dəyərləndirmişdir: “Uzun fasilədən sonra biz böyük neft-qaz yatağında bütün qazma və kəşfiyyat işlərini öz hesabımıza, öz gücmüzə aparmışıq. Biz bunu yaxşı bilirik ki, Xəzər dənizinin bütün yataqlarını Azərbaycan neftçiləri kəşf etmişlər.  Xəzər dənizinin neft-qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün ölkəmiz aparıcı rol oynamışdır. 1990-cı illərin əvvəllərində Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış yeni neft strategiyamız bu sahədə köklü dönüşün yaranmasına gətirib çıxardı. “Əsrin kontraktı”nın, “Şahdəniz” yatağı üzrə kontraktın imzalanması və digər addımlar bizə imkan verdi ki, neft-qaz sahəsində özümüzə məxsus olan mövqelərimizi bərpa edək. Biz mövqeyimizi nəinki bərpa edə, hətta onu böyük dərəcədə möhkəmləndirə bilmişik”. “Ümid” yatağı 2012-ci ildə sənaye istismarına daxil edilib. 2012-2021-ci illər ərzində yataqda qaz hasilatı 15 dəfəyə yaxın, kondensat hasilatı isə 14 dəfəyədək  artıb. Ötən il “Ümid”dən 1 milyard 115 min kubmetrə qədər qaz və 173 min 453 ton kondensat hasil edilib. Cari  ildə isə yataqdan 1 milyard 309  min kubmetr qaz  və 194 min ton kondensatın  çıxarılacağı gözlənilir. Bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 17,4 və 11,8 faiz artım deməkdir. “Ümid” yatağında ikinci hasilat platformasının tikilib istismara verilməsi də planlaşdırılır. Belə ki, yatağın şimal qanadının tammiqyaslı işlənməyə cəlb edilməsi üçün “Ümid-2”  platformasının olması vacibdir. Qurğunun bir neçə il sonra tikilib istifadəyə verilməsi nəzərdə tutulur.

Zərdab rayon üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi-Bahar Qurbanova

 

 

 

Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir.

Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsi əsas yer tutur. Bu əməkdaşlığın mühüm sahələrindən biri enerjidir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir. Özünün enerjiyə daxili tələbatını tam ödəyən ölkəmiz dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələri ilə diqqətdədir. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada hazırkı geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir.Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Ölkəmizin hər bir layihəni uğurlu sonluqla başa çatdırması malik olduğu imkanların dünyaya təqdimatıdır. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində dövlət başçısı İlham Əliyev bu mühüm hadisəni bugünədək görülən işlərin zirvəsi kimi dəyərləndirdi. Layihənin icrasının nəzərdə tutulan vaxtda başa çatacağına əminliyini ifadə etdi.  2018-ci ilin mayında  Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyun ayında əsas seqmentlərindən olan TANAP istifadəyə verildi. Layihənin digər tərkib hissəsi olan TAP isə 2020-ci ilin dekabr ayının 31-də istifadəyə verildi. Göründüyü kimi, Azərbaycan  vəziyyətdən   asılı olmayaraq gündəmə gətirdiyi hər bir layihəni zamanında başa çatdırmağa səy göstərir. Azərbaycan etibarlı, arzuolunan tərəfdaş kimi dünyanın diqqətindədir. 2023-cü ilin dekabır ayının 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirildi. Bu kimi açılış mərasimlərinin hər biri iştirakçı ölkələrin malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev mərasimdəki çıxışında Azərbaycanın enerji diplomatiyasının uğurlarından geniş bəhs edərək bildirdi ki,  enerji strategiyası uğurla icra edilir. Tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın – Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi – uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir.  Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər.

Zərdab rayon üzrə gənclər və idman sektorunun baş məsləhətçisi- Ehtiram Osmanov. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki