image-qanunla-reklam
image-img_20230330_185454

Biri var imiş, biri yox imiş nağıllardakı qəhrəmanlar real imiş

image-lady-day-az

Biri var imiş, biri yox imiş, çətinliklər, yoxsulluqlar içində seçəmədiyi etnik mənşəydən olan, insanların təqiblərə məruz qaldığı bir vaxtda dünyaya gələn, Freud var idi.

Viyanada yəhudilərə qarşı şiddətli düşmənçiliyə məruz qalsa da, bu şəhər Freudun dünya şöhrəti qazandığı əsl vətəni idi.
Bir gün Freud…

image-img-20230330-wa0028

Uşaqdan böyüyə hamınızın nağıl dinləməyi sevdiyinizi təxmin etmək çətin deyil. Əfsanəvi varlıqlarla dolu, xeyirin hər zaman şərə qalib gəldiyi, hamının hər şeyə rəğmən sonda xoşbəxt yaşadığı utopik dünyayanın al-əlvan rənglərinə məftun olmamamaq mümkün deyil. Amma bu məqalədə sizinlə nağılların bizə psixoloji ifadə etdiyi reallıqlara nəzər salacayıq.

Biri var imiş, biri yox imişlə başlayıb, göydən üç alma salaraq bitən nağıllar əslində bizim psixologiyamızın dərinlərində silinməz izlər buraxır. Nağıllar bəlkə də uşaqlığımızın və inkişaf prosesimizin ən mühüm hissələrindən biridir və böyüklər onları geridə qoyduqlarını düşünürlər.
Nağıl ontologiyası nöqteyi-nəzərindən, oğlanların fövqəltəbii qəhrəmanlara, qızların isə şahzadələrə cəlb olunduğunu söyləyə bilərik.
Uşaqların dinlədiyi nağıllardakı personajların yerinə özlərini qoymaq onlarda empatiya bacarıqlarını inkişaf etdirməyə kömək edir. Ancaq bu vəziyyətin fantaziya ilə reallığı ayırd etməkdə qırılma nöqtəsi var. Söylənən hekayə bitdikdən sonra mistik dünyadan real həyata qayıdış bəzən uşaqlar üçün darıxdırıcı ola bilər. Naığıllarda nifrət, qorxu və ölüm kimi mesajlar olmamalıdır. Gözdən qaçırılmaması lazım olan yeganə şey uşaqlıqda dinlənilən, təsirlənən, ömür boyu yaddaşlardan silinməyən nağıllardır.
Yaddaşlardan silinməyənləri qeyd edərkən, nağıl terapiyasından danışmamaq mümkün deyil. Nağıl terapiyası uşaqların duyğularını və hadisələri danışarkən çətinlik çəkmələri, böyüklər kimi düşünərək yaşadıqlarını mənalı edə bilməmələri nəticəsində ortaya çıxdır. Onların əsas məqsədi ehtiyaclarını nağıllar və hekayələr vasitəsilə ifadə etməkdir.
Psixoloji test nümunəsi olaraq, Louisa Duss “hekayə tamamlama” testi məlum və tətbiq edilən ən təsirli üsullardan biridir. Test yarımçıq qalmış və uşaqdan tamamlaması tələb olunan hekayələrdən ibarətdir. Hər bir hekayə bizə uşaq dünyası haqqında fərqli biliklər əldə etməyə imkan verir.
Cəmal Sürəyya qeyd edir ki, “Nağıl dinləməyən uşaqlar böyuyəndə pişik şəklini xətkeşlə çəkərlər”.
Bəs, psixologiyanın atası dediyimiz Sigmund Freud nağıl psixologiyasını necə izah edir?
Freuddan bəri xalq nağılları, Qrimm qardaşlarının təmsillərində təsvir olunduğu kimi, psixoanalizdə şüursuzluğun açarı, bastırılmış qorxu və qadağan olunmuş istəklərin paradiqmaları kimi başa düşülür.
Şüuraltının yuxuların formalaşmasına təsirini araşdıran, Freud miflərə, nağıllara, lətifələrə və xurafatlara diqqət yetirir, mif və nağılların psixoanalitik şərhində yuxu yozumlarından istifadə baxışını qəbul edir. Çünki yuxuların, nağılların əsasında eyni şüurlu və şüuraltı mexanizm dayandığını iddia edirdi. Freud nağılları yuxularla müqayisə edərək deyirdi ki, nağıllar yuxu kimidir.

image-img-20230330-wa0029

Konfliktləri, narahatlıqları və şüuraltı şəkildə boğmağa meylli istəkləri ifadə edən simvolları,
ehtiva etdiyini qeyd edirdi. Buna görə də Freud id, eqo və supereqonun şüurlu və şüursuz istəklərini nəzərə alır.
Təbii ki, Freudun nəzəriyyələri burada təqdim olunanlardan qat-qat mürəkkəbdir. Sadecə, sizə aysberqin görünməyən tərəflərinin bir qismini göstərmək istədim.
Bir az da nağılların uşaqlarımıza göstərdiyi sehirli təsirlərindən danışaq:

Uşaqların ailələri və ətrafları ilə ünsiyyətini gücləndirir
Uşaqların xəyal dunyasında yepyeni qapılar açır
Uşaqları gələcəyə yaxşı şəxsiyyətlər kimi hazırlayır
Uşaqların söz ehtiyatını zənginləştirir
Uşaqlarda kitab oxuma alşqanlığını artırır
Uşaqlar cəmiyyətin mədəniyyətini, əxlaqını dərk edirlər

Sonda qeyd etməliyik ki, valideynləri ilə fiziki təması, ünsiyyəti və mənəvi bütövlüyü az olan, valideynlik bacarıqları o qədər də parlaq olmayan ailədə böyüyən uşaqlar ilə, davamlı şəfqət, sevgi görən, özünü güvəndə və sağlam hiss edən, onların mənəvi bütövlüyünü qoruyan valideyinlərin uşaqları arasında ciddi fərqlər danılmazdır.

image-img-20230330-wa0030

Uşaqlarınızın psixologiyası, inkişaf etməkdə olan şüuraltı sizin danışdığınız nağıllara bağlıdır. Yaxşı nağıl danışan uşağın inkişaf mərhələlərini, ehtiyaclarını və özəlliklərini bilməlidir. Nağıl saatlarına diqqət etməklə yanaşı, jest və mimikalardan da doğru şəkildə istifadə etməyi bacarmalıdır. Söylənilən nağılın məzmunu da ən az onun izahı qədər vacibdir.
Kim bilir, bəlkə də uşaqlıqda dərk etmədiyimiz, böyüyəndə çox uzaqlarda olan nağılların qədrini bilməyin vaxtıdır artıq.

image-img-20230330-wa0027

Göydən üç alma düşdü; biri mənim, biri özümün, biri də bu məqaləni oxuyanların.

 

Nərmin Babəkqızı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki