image-qanunla-reklam
image-1648192673-qcruoqe6mgslyqh42yf5queuhi

Bir gündə 200-dən çox rusiyalı hərbçi Ukraynada öldürüldü

image-lady-day-az

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son sutka ərzində Rusiya hərbçilərinin itkiləri ilə bağlı məlumat yayıb.

Qanunla.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının martın 25-nə olan əməliyyat icmalında məlumat verilib.

“Ötən sutka ərzində düşmənin 9 hücumu dəf edilib, 12 tankı, 20-yə yaxın zirehli və avtomobil texnikası, 9 artilleriya sistemi məhv edilib. Düşmən 200-dən çox hərbi qulluqçusunu itirib. Hava hücumundan müdafiə bölmələri Rusiyanın 2 təyyarəsini və 2 PUA-sını vurub. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qruplaşması ötən gün ərzində düşmənin 6 hava hədəfini vurub: 1 təyyarə, 1 PUA və 4 qanadlı raket”, – məlumatda deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki