image-qanunla-reklam
image-174669723617466289571710125960_1200x630

Beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz də çox ürəkaçandır

image-lady-day-az

Beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz də çox ürəkaçandır.

İki ölkə arasında müxtəlif sahəli əməkdaşlıqlar uğurla davam etdirilir. Ötən günlərdə Vetynam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri qeyd olunan fikrin daha bir təsdiqidir. Vyetnam Azərbaycan münasibətlərinin formalaşmasında ümummilli lider Heydər Əliyevin böyük rolu olub. 1983-cü ildə Vyetnama rəsmi səfər çərçivəsində Heydər Əliyev Vyetnam və sovet, o cümlədən Azərbaycan neft mütəxəssisləri ilə görüşmək üçün Vunq Tau şəhərinə də baş çəkib. Onun səyləri, Bakıdan gətirilən əlavə azərbaycanlı mütəxəssislərin və texnikanın cəlb edilməsi nəticəsində Vyetnamda ilk neft proqnozlaşdırıldığından xeyli əvvəl hasil olunur. Bu sahəyə edilən investisiyalar nəticəsində Vyetnam neft sənayesi regional əhəmiyyət qazanmışdır.

Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi. Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirilmişdir. Onu da qeyd edək ki, Azərbaycanın hümanitar yardım göstərdiyi ölkələr arasında Veytnam da xüsusi yer tutur. Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, ölkədə fəal surətdə müxtəlif layihələr həyata keçirir. Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri zamanı vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb.

Onu da qeyd etmək lazımdır ki,ölkələrimizin beynəlxalq təşkilatlardakı birgə fəaliyyəti çox ürəkaçandır. Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir Eyni zamanda, ölkələrimiz Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstərir. Azərbaycan bu təsisata 4 il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağındadır.

Azərbaycan və Veytnamın beynəlxalq hüququn aliliyi mövzusunda heç bir fikir ayrılığı yoxdur. Hər iki ölkə o qənaətdədir ki, bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında – beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır. Bütün mübahisəli məsələlər danışıqlar yolu ilə, sülh yolu ilə həll olunmalıdır.

 

Veteran müəllim – Vəfadar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki