image-qanunla-reklam
image-1746629150_b562622470ab9c4877e53b573d8e2eeb-780x470

Beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz də çox ürəkaçandır

image-lady-day-az

Beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz də çox ürəkaçandır.

Azərbaycanla Vyetnam arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkələrimizin qarşılıqlı etimada və tərəfdaşlığa əsaslanan əlaqələri gələcək əməkdaşlığın perspektivlərindən xəbər verir. 7 may 2025-ci ildə Vyetnam Sosialist Respublikası Komunist Partiyasının məkəzi komitəsinin Baş katibi To Lamin Azərbaycana səfər etmişdir. Bu səfər Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır.  Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusi yer tutur. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qalxması deməkdir. Yüksək pilləyə qalxma gələcəkdə ikitərəfli əməkdaşlıq üçün ən vacib ünsürlərdən  biridir.  Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana səfəri zamanı apardığı danışıqlar, əməkdaşlıq və  sənədlərin imzalanması onların əhəmiyyətini daha da artırır.

Sevindirici haldır ki, ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir, qarşılıqlı hörmət və ehtirama əsaslanan siyasət yürüdur. Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir. Eyni zamanda, biz Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstəririk. Azərbaycan bu təsisata 4 il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağındadır. Beynəlxalq hüququn aliliyi məsələsində də heç bir fikir ayrılığı yoxdur. Bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında – beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır. Bütün mübahisəli məsələlər danışıqlar yolu ilə, sülh yolu ilə həll olunmalıdır

İki ölkə rəhbərlərinin səyləri nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq həyata keçirilir. Energetika sahəsində imzalanmış sənədlər və aparılan müzakirələr əsasında yaxın gələcəkdə bu sahədə əməkdaşlığı daha da genişləndirəcəklər. Beləliklə, həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar.

Ölkə rəhbərləri eyni zamanda, beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi apardı və burada da heç bir fikir ayrılığı olmadıqı qeyd olundu. Bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında – beynəlxalq hüquq çərçivəsində öz həllini tapacağı göstərildi. Bütün mübahisəli məsələlər danışıqlar yolu ilə, sülh yolu ilə həll olunacağı qeyd olundu.

Ölkələr arasında bir çox istiqamətlər üzrə aparılan müzakirələr əsnasında  fikir ayrılığı olmadığı nəzərə alındı.  İki ölkə rəhbərləri arasında nəqliyyat infrastruktur layihələri haqqında fikir mübadiləsi oldu. Burada həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti əlaqələrinin stimullaşdırılması  bir sözlə,  səfərin çox gözəl nəticələr əldə edəcəyini vurğuladı. Bu səfərin mükəmməl nəticələr əldə etməsi gələn qonağı davamlı səfərlər etməyə ruhlandırdı.

Möhtərəm Prezidentimiz İlham Əliyev qeyd etmişdir ki, Bizim hörmətli qonağımız ilk dəfədir ki, Azərbaycanda səfərdədir. Səfər vaxt baxımından qısa olsa da, məzmun nöqteyi-nəzərindən kifayət qədər zəngindir. Bu gün bizim işimiz davam etdiriləcək. Sabah da hörmətli Baş katibin səfəri davam edəcək. Əminəm ki, öz vətəninə Azərbaycandan ən xoş təəssüratlarla qayıdacaqdır.

Beləliklə, iki ölkə rəhbərlərinin qətiyyəti ilə ikitərəfli münasibətləri bundan sonra da xalqlarımızın rifahı, eləcə də regionda və dünyada sülh, sabitlik və əməkdaşlıq naminə inkişaf edəcəkdir.

Ehtiram Osmanov   Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki