image-qanunla-reklam
image-1741875818_b3653bdb-34e0-3961-a6b7-3956d4171a8c

Beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var

image-lady-day-az

Beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev beynəlxalq televiziyalara müsahibəsində ölkədə və regionda, eyni zamanda dünyada baş verən hadisələrə toxunur. Önəmli mesajlar verir. Cənab Prezident martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibəsində mühüm tarixi, siyasi məqamlara toxundu. “Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var.” fikirləri ilə ölkə başçısı Azərbaycanın mövqeyini açıq-aydın ifadə etdi.Artıq 12-ci ildir ki, ardıcıl olaraq keçirilirən XII Qlobal Bakı Forumu barəsində sualalrı cavablandıran Prezident İlham Əliyev tədbirdən gözləntilərini dilə gətirib: “Ümid edirəm ki, iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklər, xüsusilə bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda. Bu Forumun iştirakçılarının adları onun potensialını əks etdirir. Çıxışımda qeyd etdiyim kimi, burada müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısı iştirak edir. Bu şəxslər böyük təcrübəyə və biliyə malikdirlər. Artıq açılış sessiyasından da bəlli olur ki, burada müxtəlif fikirlərin kombinasiyası mövcuddur. Onlar heç də üst-üstə düşmür və bunun özü müsbət haldır. Əminəm ki, panellər çərçivəsində daha da qızğın müzakirələr aparılacaq. Beləliklə, bu Forumda hər zaman yeni ideyalar meydana gəlir və beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var”. Rusiya-Ukrayna məsələsini, Yaxın Şərqdə cərəyan edən hadisələrə toxunan dövlət başçısı önəmli məqamları diqqətə çatdırıb: “Bizim yanaşma ondan ibarətdir ki, biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o öz taleyinin sahibidir”. Onlar bunu nə qədər tez başa düşsələr bu, onlar üçün bir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək həmin şəxs gəlib sizdən hesabat istəyəcək. Bizim təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir.

İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva.

 

 

Qlobal dəyişikliklər yenicə başlayıb.

XII Qlobal Bakı Forumu ilə bağlı muxbirin sualını cavablandıran Prezident cənab İlham Əliyev bildirib ki, burada müxtəlif fikirlərin kombinasiyası mövcuddur: “Onlar heç də üst-üstə düşmür və bunun özü müsbət haldır”. Daha sonra digər sualları cavablandıran Prezident İlham Əliyev dünya nizamından söz açıb və artıq dünya nizamının mövcud olmadığını dilə gətirib. Bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir deyən dövlətimizin başçısı bu vəziyyətdən çıxış yolunu da göstərib: “…hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır”. Prezident, ölkələrin beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verilməsinin vacibliyini diqqətə çatdırıb. O, həmçinin beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsinin olduğunu da sözlərinə əlavə edib. Dövlətimizin başçısı, həmçinin milli maraqlarımız məsələsində ölkəmizin heç kəsə və ya heç bir təsisata arxalanmadığını “Euronews” televiziyası vasitəsilə dünya ictimaiyyətinə bir daha çatdırıb. Bu xüsusda o, digər dövlətlərə belə bir mesaj da verib: “Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o, öz taleyinin sahibidir. Onlar bunu nə qədər tez başa düşsələr, bu, onlar üçün bir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu, sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək, həmin şəxs gəlib sizdən hesabat istəyəcək”. Bu kimi məsələlərə Azərbaycan formatından yanaşan Prezident bildirib ki, ölkəmiz öz siyasətini bu şəkildə qurub və təcrübəmizin də uğurlu olması sübuta yetirilib: “Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu, çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir”. Şübhəsiz, bütün bunlar ölkəmizin inkişafının düşünülmüş şəkildə aparıldığını bir daha təsdiq edir. Onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olduğunu bildirən Prezident İlham Əliyev növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaradılmasını, sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağı, baş verən böhranlardan regionumuzun qorunmasını günün tələbləri kimi diqqətə çatdırıb: ”Yəni, biz belə bir təcrübəyə malikik və sadəcə, bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik”. Prezidentin fikrincə, bu gün dünya düzəninin həqiqi sülhə çox böyük ehtiyacı var. Buna belə bir misal da göstərib. Qeyd edib ki, otuz il ərzində Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi: “Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdur. Lakin bu, müharibənin sona çatması demək deyildi.

Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sabir Əhmədov.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki