image-qanunla-reklam
image-1741855193_658b2d8cf11a5f50b5a7b01313fb3ff6-780x470

Beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var

image-lady-day-az

Beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var.

Prezident cənab İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib. Cənab Prezident bir çox aktual məsələlərlə bağlı Azərbaycanın yanaşmasını ortaya qoyub. Cənab Prezident Qlobal Bakı Forumunun əhəmiyyəti barədə bildirib ki, artıq açılış sessiyasından da bəlli olur ki, burada müxtəlif fikirlərin kombinasiyası mövcuddur: “Onlar heç də üst-üstə düşmür və bunun özü müsbət haldır. Əminəm ki, panellər çərçivəsində daha da qızğın müzakirələr aparılacaq. Beləliklə, bu Forumda hər zaman yeni ideyalar meydana gəlir və beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var”. Hər dəfəsində əhatə dairəsini genişləndirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Bakıda təşkil olunan, dünya üçün çox aktual məsələlərin müzakirə edildiyi tədbirlərə maraq da artmaqdadır. Bu tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət başçılarının, aparıcı beyin mərkəzləri və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı qarşıya qoyulan hədəflərə çatmaq yollarının tapılmasında mühüm əhəmiyyət daşıyır. Bu gün kataklizmlərlə çalxalanan beynəlxalq aləmdə bu problemlərdən çıxış yollarının tapılması ən ümdə vəzifə kimi ön planda tutulur. Təbii ki, Bakının bu məsələdə öncül yerlərdən birinə sahib olması onun COP29, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlara sədrliyi ilə mütənasiblik təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin Forumda bir çox aktual mövzulara həsr olunan çıxışı isə həm ölkəmiz, həm də bölgəmizlə bağlı bir çox reallıqların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında müstəsna əhəmiyyətə malikdir.

Forum Azərbaycanın beynəlxalq münasibətlərdə artan nüfuzunu və balanslı xarici siyasətini nümayiş etdirir. Xüsusilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, qlobal təhlükəsizlik və humanitar məsələlər Forumun gündəmində əsas yer tutur. Eyni zamanda, Forum Azərbaycanın çoxvektorlu xarici siyasətinin praktiki təzahürüdür. Burada ABŞ, Avropa, Asiya və Afrika ölkələrinin nümayəndələrinin iştirak etməsi Azərbaycanın qlobal dialoq üçün etibarlı və neytral platforma olduğunu sübut edir.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

Qlobal dəyişikliklər yenicə başlayıb

Mart ayının 13-də “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevril­mə­si” mövzusunda keçirilən XII Qlobal Bakı Forumu da, Forumda Azərbaycan Respublikasının Pre­zi­denti cənab İlham Əliyevin çıxışı da müxtəlif televiziya kanallarının diqqətini çəkib. “Euronews” televiziya kanalı çıxışın aktuallığını, dünyəvi proseslərin sülh, əmin-amanlıq mstəvisində davam etdirilməsi baxımından siyasi tezislərinin bəşəriliyini nəzərə alaraq dövlət başçımızdan müsahibə götürüb. Beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu olduğunu qeyd edən, XII Qlobal Bakı Forumun iştirakçılarının  qlobal gündəlikdə duran məsələlər barədə öz möv­qe­lərini, fikirlərini və yanaşmalarını bölüşəcəklərini, xüsusilə bu gün beynəlxalq arenada vəziy­yətin kəskin şəkildə dəyişdiyi bir vaxtda bölüşəcəyini bildirən  Prezi­dent cənab İlham Əliyev  müasir dünyanı narahat edən bir məsələni də diqqətə çatdırıb: “Bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var”.

Cənubi Qafqazın qarşıdurma və düşmənçilik bölgəsi olduğunu, milli maraqlarımız məsələ­sin­də heç kəsə və ya heç bir təsisata arxalanmadığımızı xatırladan dövlət başçımız qlobal də­yi­şikliklərin yenicə başladığına diqqəti çəkərək dünyanın siyasi atmosferi haqqında da fikirlərini bildirib: ”Geosiyasi dəyişikliklərdən bəhs edəndə daha dəqiq danışmalıyıq. Bu, Vaşinqtonda baş verən hadisələrdir. Amerikanın yeni administrasiyasının siyasəti ilə bağlı nələr baş verir və bu, bir daha bütün dünyanın Ağ evdə qəbul olunmuş qərarlardan necə asılı olduğunu nümayiş etdirir. Beləliklə, bu, qlobal geosiyasi dəyişikliyin mənbəyidir. O, yenicə başlayıb və bu geosiyasi dəyi­şikliyin ilk aylarını yaşayırıq. Buna görə də belə çoxsaylı qonaqların iştirak etdiyi toplantılar hadisələri müvafiq şəkildə qiymətləndirmək, fikirləri, narahatlıqları və ya gözləntiləri bölüşmək üçün vacibdir. Çıxışıma nəzər salsanız görərsiniz ki, baş verənlərlə bağlı çox nikbin əhvali-ruhiyyədəyəm. Çıxışımda dediyim kimi, ABŞ-ın əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik. Onların mövqeyi milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət idi. Buna görə Tramp administrasiyası dövründə ABŞ ilə münasibət­lərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq. Lakin qonşu zalda bəzi insanlar var ki, onlar nikbin olmaq əvəzinə daha çox məyusdurlar. Bu da təbiidir, çünki hər bir ölkənin öz maraqları var. Hər bir siyasətçinin öz baxışları var. Ümid edirəm ki, burada, bu Fo­rumda ideyaların toqquşması baş verəcək və bu da forumu uğurlu edəcək”. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevril­mə­si” mövzusunda keçi­rilən XII Qlobal Bakı Forumunda Pre­zi­dent cənab İlham Əliyevin çıxışından sonra “Euronews”televiziya kanalına müsahibəsi mahiyyəti baxımından tarixi müsahibədir və Azərbaycan gerçəkliklərinin dünyaya inteqrasiyası kimi də maraqla qarşılnacaqdır.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki