image-qanunla-reklam
image-1645700732914

Beyləqanda Xocalı soyqırımının otuzuncu ildönümü həsr olunmuş “Qan yaddaşımızdan silinməyəcək Xocalı soyqırımı” adlı elmi-praktik konfrans keçirilmişdir

image-lady-day-az

24 Fevral 2022- ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzinin eləcədə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Beyləqan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2022 Sərəncamına əsasən Xocalı soyqırımının otuzuncu ildönümü həsr olunmuş “Qan yaddaşımızdan silinməyəcək Xocalı soyqırımı” adlı elmi-praktik konfrans keçirilmişdir. Keçirilən tədbirdə Şəhid ailələrinə qayğı cəmiyyətinin sədri, tarix müəllimləri, gənclərimiz, mərkəzin əməkdaşları iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə mərkəzin əməkdaşı Mədinə Rzayeva açaraq bildirdi ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövlətinin bütün zəruri addımların atdığını qeyd edən natiq Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ölkəmizin informasiya blokadasından çıxaraq, Azərbaycan həqiqətlərinin, o cümlədən, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasını xüsusilə vurğulayıb. Rzayeva bildirib ki, hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət qurumları, vətəndaşlarımız, xaricdəki soydaşlarımız tərəfindən Xocalı həqiqətlərinin dünyaya çatdırılması, onun əsl soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar  atılır. Rzayeva daha sonra tədbirdə iştirak edən gənclərə üz tutaraq, onların bu gün burada iştirak etmələrinin heç də təsadüf olmadığını bildirib və əlavə edib ki, Azərbaycan gələcəyinin inkişafı, erməni işğalçılarının mənfur əməllərinin beynəlxalq müstəvidə tanınması həm də gənclərimizin əlindədir.
Daha sonra Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin sədri Sabit Mehdiyev, tarix müəllimi Aygün İbrahimli çıxış edərək bildirdilər ki, Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaq. Bu gün biz qalib xalqın vətəndaşlarıyıq. 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı ordumuzun şücaəti və xalqımızın həmrəyliyi nəticəsində ərazi bütövlüyünün təmin edilməsi və üçrəngli bayrağımızın doğma Qarabağda dalğalanması bütün şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanlarının yerdə qalmadığını diqqətə çatdırıblar və bildirilib ki, biz tariximizi heç zaman unutmamalıyıq. Bədnam qonşumuzun tarixdə dəfələrlə xalqımıza qarşı törətdiyi vəhşilikləri gələcək nəsillərə çatdırmalıyıq.
Tədbirin sonunda xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirilmişdir.

image-1645700732914image-1645700054599image-1645700054596image-1645700054593image-1645700054585


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki