image-qanunla-reklam
image-img-20210929-wa0034

Beyləqanda şəhid Vasif Quliyevin ailəsi ziyarət olunub-FOTO

image-lady-day-az

Qanunla.Az xəbər verir ki,  Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi cənab Faiq Xudanlı, Füzuli rayon 1 saylı körpələr evi uşaq bağçasının müdiri Gülmirə Eyniyeva və Beyləqan rayon mədəniyyət müəssisələrinin rəhbərləri Vətənin azadlığı, istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olmuş Quliyev Vasif Tahir oğlunun ailəsini ziyarət etdilər.
Qeyd edək ki, Vasif Quliyev 1988-ci il fevralın 19-da Beyləqan şəhərində anadan olub.

Azərbaycan Ordusunun çavuşu  Vasif Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Vasif Quliyev sentyabrın 28-də Füzulidə gedən ağır döyüş zamanı şəhidlik zirvəsinə yüksəlir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Ali Baş komandan, cənab Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Quliyev “Vətən uğrunda” medalı ilə və 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Quliyev ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Vətəni, torpağı candan əziz bilənlər dünyada əbədi bir nəğmə kimi qalır. Quliyev Vasif kimi…

Ailəli idi.  iki övladı bizlərə yadigar qaldı.

image-img-20210929-wa0034 image-1632917931190 image-1632917556087 image-1632917605490


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki