Beyləqanda “Gələcəyimizi birlikdə düşünək” başlığı altında maarifləndirici tədbir keçirilmişdir.
Qanunla.Az xəbər verir ki,11 mart 2022-ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzinin tədbirlər planına əsasən Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024 cü illər üçün Dövlət Proqramı” nın icrası ilə əlaqədar “Gələcəyimizi birlikdə düşünək” başlığı altında maarifləndirici tədbir keçirilmişdir. Keçirilən tədbirdə Beyləqan rayon Peşə məktəbinin tələbələri, rayon ümummtəhsil məktəblərinin şagirdləri iştirak etmişdirlər.
Tədbiri giriş sözü ilə mərkəzin direktoru Xəyalə Kərimova açaraq qeyd etdi ki, bu kimi tədbirlərin keçirilməsində məqsəd gənclər arasında sağlam nəslin formalaşması istiqamətində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması məqsədi ilə marifləndirici işlər aparılmalıdır. Kərimova bildirdi ki,əfsuslar olsun ki, bu gün narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni isə təsəvvür etmək belə qorxuncdur. Çünki gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Gəlin bu sütunu birlikdə qoruyaq .
Daha sonra mərkəzin elmi- işçisi Mədinə Rzayeva “Məhv olmuş arzular” adlı geniş məruzə ilə çıxış edərək bildirdi ki, gənclərin tərbiyyə olunması təkcə dövlətin deyil, bütövlükdə cəmiyyətin, ordunun, hər bir vətəndaşın, ictimai qurum və təşkilatların, mədəni –marif müəssisələrinin üzərinə düşür.
Tədbirdə mövzu ətrafında yeniyetmə gənclərimizlə diskusiyalar aparılaraq onların fikirləri dinlənildi.
Sonda isə “ Ağ ölüm” adlı film nümayiş etdirildi.
























