image-qanunla-reklam
image-1643974946881

Beyləqanda “Dünəndən bu günə Azərbaycan” adlı elmi – praktik konfrans keçirilmişdir

image-lady-day-az

04 fevral 2022 – ci ildə Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “Dünəndən bu günə Azərbaycan” adlı elmi – praktik konfrans keçirilmişdir. Keçirilən tədbirdə rayon peşə məktəbinin tələbələri, könüllü, fəal gənclərimiz və mərkəzin əməkdaşları iştirak etmişdilər. İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Daha sonra çıxış edənlər Xəyalə Kərimova, Zaur Musazadə qeyd etdilər ki, ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq. Bunu demək yerinə düşər ki,  hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu. Bu gün xalqımız Heydər Əliyev siyasətin uğurlarını gündəlik həyatında hiss edir, onunla yaşayır və onun irsindən faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin alternativsiz siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirildiyini bildirdilər.
Mövzu ətrafında tədbir iştirakçıları ilə diskusiyalar aparıldı. Sonda “ Tariximizin Heydər Əliyev dövrü” adlı videoçarx nümayiş olundu.

image-1643974946881 image-img_4976 image-1643975130661 image-img_4969 image-img_5039


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki