image-qanunla-reklam
image-img_7768

Beyləqanda “Aprel döyüşləri – dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir” adlı elmi-praktik konfrans keçirilib

image-lady-day-az

04 aprel 2022-ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzinin eləcədə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Beyləqan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin altıncı ildönümü ilə əlaqədar Gənclərdə, məktəblilərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi ilə “Aprel döyüşləri – dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir” adlı elmi-praktik konfrans keçirilib. Tədbirdə  rayon peşə məktəbinin müəllim və tələbə kollektivi, eləcədə rayon ümummtəhsil məktəblərinin nümayəndələri, gənclərimiz iştirak etdilər.
Tədbirdə Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri mərkəzin direktoru Xəyalə Kərimova açaraq qeyd etdi ki, aprel döyüşlərində Milli Ordumuzun qazandığı qələbə ölkəmizin bütün vətəndaşları kimi, Beyləqanlıların da böyük ruh yüksəkliyinə səbəb oldu. Həmin döyüşlərdə ölkəmizin digər bölgələri ilə yanaşı, beyləqanlı hərbi qulluqçuların da fədakarlıq, rəşadət göstərdiklərini vurğulayaraq onlardan şəhidlik zirvəsinə ucalanların olduğunu diqqətə çatdırıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Beyləqan nümayəndəliyinin direktoru Zaur Musazadə aprel döyüşlərində Milli Ordumuzun hərbi qulluqçularının göstərdiyi igidlikdən, qəhrəmanlıq nümunələrindən danışıb.
Daha sonra çıxış edən qazilərimiz Rövşən Namazalıyev, Asim Əliyev, Misirxanov Tahir və başqaları qeyd etdi ki, Azərbaycan Ordusu müdrik və qətiyyətli sərkərdəmizin cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aprel döyüşlərində qələbə qazandı, düşmənin layiqli dərsini verdi. Aprel döyüşlərində digər bölgələr kimi, Beyləqanlı gənclər də öz igidlikləri, şəxsi şücaət və rəşadətləri ilə xalqımıza başucalığı gətirdilər. Azərbaycan Ordusunun qələbəsi insanlarımız arasında ruh yüksəkliyini, gənclərimizdə Vətən, torpaq sevgisini daha da artırdı.

image-img_7768 image-img_7773 image-img_7792 image-img_7793 image-img_7786


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki