Qanunla.Az xəbər verir ki,12 Aprel 2022-ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzinin tədbirlər planına uyğun olaraq, Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili”elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 Yanvar 2022-ci il tarixli 2408 nömrəli sərəncamının icrası ilə əlaqədar “Heydər Əliyevin Şuşaya zəngin tarixi abidə kimi qayğısı” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə Şuşa sakinləri, rayon ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi, Niyazi adına Uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi, Peşə məktəbinin əməkdaşları və tələbələri iştirak etdilər.Tədbirdə Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı Mədinə Rzayeva Azərbaycanın tarixi mədəniyyət mərkəzi, Qarabağın baş tacı və hərbi-strateji əhəmiyyətə malik qədim Şuşa şəhər haqqında ətraflı məlumat verdi.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova açaraq bildirdi ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi isə Vətən müharibəsində qazandığımız zəfərdən sonra ölkəmizin həyatında ən mühüm hadisə olmuşdur.
Sonra çıxış edənlər Şuşa sakini Ofelya Quliyeva, tarix müəllimi Mətanət Əliyeva, peşə məktəbinin müəllimi Sənani Umudov Şuşanın Azərbaycan dövlətçiliyinin tarixindəki yerindən, qədim abidələrindən, işğalı və azad olunması tarixindən söhbət açdılar.
Daha sonra tədbir musiqili proqramla davam etdirildi və “Azərbaycanın incisi Şuşa!” adlı videoçarx nümayiş olundu.























