image-qanunla-reklam
image-1633586413136

Beyləqan rayon Heydər Əliyev Mərkəzində“Yarımçıq qalmış arzular” adlı dəyirmi masa keçirildi-FOTO

image-lady-day-az

07 Oktyabr 2021-ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Yarımçıq qalmış arzular” adlı dəyirmi masa keçirildi. Keçirilən tədbirdə şəhidlərimizin həyat yoldaşları və mərkəzin əməkdaşları iştirak etdilər. Şəhid Quliyev Vasifin həyat yoldaşı, Dadaşzadə Mahirin həyat yoldaşı, Əsədov Turalın həyat yoldaşı, Abdullayev Nurlanın həyat yoldaşı, İsmayılov İlqarın həyat yoldaşı, Hacıyev Zamiqin həyat yoldaşı,.
Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir diləyib. 44 günlük Vətən müharibəsində yüzlərlə Beyləqanlı gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib. Qeyd olunub ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Onlar hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqlar. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir.
Daha sonra çıxış edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçsı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

image-1633586413136

image-1633586460677

image-1633586339175

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki