image-qanunla-reklam
image-1635918465006

Beyləqan rayon Heydər Əliyev Mərkəzində “Şəhid anaları qəhrəman analardır” adlı dəyirmi masa keçirildi-FOTO

image-lady-day-az

02 noyabr 2021-ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində “Şəhid anaları qəhrəman analardır” adlı dəyirmi masa keçirildi.Keçirilən tədbirdə şəhid anaları və bacıları iştirak etdilər.İlk öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra mərkəzin direktoru Kərimova Xəyalə şəhid analarını salamlayaraq qeyd etdi ki, Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqını əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır. Onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Vətən müharibəsində əbədiyyətə qovuşmuş şəhidlərimizin valideynlərinin övlad nisgilini onların yanında olmağımızla yox edə bilməsək də, bu ağır itkinin hamımızı ağrıtdığını bildirməklə canından can qopanları, az da olsa, ovutmaq mümkündür. Bəşəri bir hikmətdə açıqlandığı kimi: sevinc paylandıqca çoxalar, kədər paylandıqca azalar.Bu gün torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik!
Tədbirdə şəhid anaları da çıxış edərək qəhrəman oğlanlarının şərəfli döyüş yolundan danışdılar. Görüşün sonunda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçsı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər. Sonda isə şəhidlərimizin ruhuna ehsan süfrəsi açıldı.

image-1635846095234image-1635918503743image-1635846177335image-1635918465006

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki