1 fevral 2022-cu ildə Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində 2 Fevral Gənclər gününə həsr olunmuş “Qürurumuz ,mənliyimiz, gəncliyimiz” adlı elmi-praktik konfrans keçirildi. Tədbirdə rayon mədəniyyət müəsissəsinin bir qrup gəncləri, rayon ümümmtəhsil məktəblərinin gənc müəllimləri, müəssisə və təşkilatlarda çalışan fəal gənclər eləcədə peşə məktəbinin tələbələri,könüllü gənclərimiz və mərkəzin əməkdaşları iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidə kompleksini ziyarət edərək ,önünə tər çiçək dəstələri düzdülər. Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin aparıcı Mədinə Rzayeva tədbirin mahiyəti ilə bağlı məlumat verdikdən sonra bu gün münasibəti ilə gəncləri təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova əsası Ulu Öndər tərəfindən qoyulmuş çoxşaxəli gənclik strategiyası barədə danışaraq bildirib ki, məhz o siyasi xəttin məntiqli davamı olaraq Azərbaycan gəncliyi gözlərini qırpmadan döyüş meydanlarına atılaraq 44 günlük Vətən müharibəsi dövründə düşmənə heç bir zaman unutmayacağı dərs verib.
Tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin direkdoru Zaur Musazadə qeyd etdi ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin rolundan, idmanın və gənclər siyasətinin Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildirmiş, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəallığının artırılması işində böyük rol oynadığını qeyd edərək bütün Azərbaycan gənclərini “2 fevral gənclər günü” münasibətilə təbrik etmişdir.
Beyləqan rayon Raqub Ağamalıyev adına Soltanbud kənd tam orta məktəbin tarix müəlimi Məhəbbət Məmmədov bildirdi ki, bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O, öz həyatını qurarkən, ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, əməli fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir.
Rayonun fəal gənci Rafiz İsmayılı çıxış edərək qeyd etdi ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında, sosial təbəqə kimi demokratikləşmə istiqamətində fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər.
Tədbirin sonunda 2 fevral gənclər gününə həsr olunmuş videorolik nümayiş etdirildi .




















