“QADINLAR VƏ QIZLAR ELMDƏ”
“Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü BMT-nin qərarı ilə 2015-cı ildə təsis edilib və hər il fevralın 11-də dünyanın bəzi ölkələrində geniş qeyd olunur .Məqsəd gənc nəslin elmə marağının artırılmasıdır.
Ancaq elm bəşəriyyəti həqiqətə,ədalətə və xoşbəxtliyə apara bilər.
Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti qadınlar üçün parlaq nümunədir!
Azərbaycanın birinci xanımının geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır.
Müasir dövrdə qadınların cəmiyyət həyatında fəal təmsilçiliyi, gender bərabərliyi kimi məsələlər bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir. Eyni zamanda, Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar və əldə olunmuş nailiyyətlər bir çox ölkələr üçün pozitiv nümunə kimi çıxış edir. Bunun qanunauyğun nəticəsi kimi, cəmiyyətimizdə qadınların fəallığı kifayət qədər artıb, onlar bütün sahələrdə yüksək aktivlik nümayiş etdirərək ciddi nailiyyətlər əldə ediblər.Azərbaycan qadınlarının milli dövlət quruculuğu sahəsində qazanılan uğurlarda müstəsna rolu var:Milli dövlətçilik ideallarına sədaqət, vətənə məhəbbət ruhunda formalaşmış gənclik ölkəmizə ən böyük töhfəmizdir. İnanıram ki, istedad və bacarığımızı ictimai-siyasi, sosial-iqtisadi və intellektual-mənəvi həyatımızda bundan sonra da gerçəkləşdirərək, Azərbaycanın davamlı inkişafı naminə var qüvvəmizlə çalışacagıq”.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Azərbaycan tarixində xalqının, dövlətinin taleyində müstəsna rol oynamış, öz qərarları və atdıqları addımlarla xalqımızın gələcəyinə işıq tutmuş görkəmli qadınlarımız olub. Azərbaycan xanımları bütün dövrlərdə öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstəriblər. Çox sevindirici haldır ki, bu gün də bütün fəaliyyətini xalqımızın, dövlətimizin inkişafına həsr edən işgüzar, cəsarətli, vətənpərvər xanımlarımız mövcuddur. Azərbaycanın birinci xanımı,vitse prezidet, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti bu baxımdan müsbət örnək kimi göstərilə bilər.
Mehriban Əliyeva ali dəyərlərə söykənən fəaliyyəti Azərbaycan xalqının və dövlətinin maraqlarını əks etdirir.
Xeyriyyəçilik Mehriban xanım Əliyevanın əsas amalıdır.
Mehriban Əliyeva xanım, eyni zamanda, xeyriyyəçilik fəaliyyəti ilə müasir, müstəqil Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərmiş olur. Son illərdə görülmüş xeyriyyə işləri, qazanılmış uğurlar, ilk növbədə, məhz Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xeyirxahlıq, humanizm, vətənsevərlik hisslərinə, milli düşüncəyə söykənən fəaliyyətinin, dünyanın tanınmış bir çox ictimai və mədəniyyət xadimləri tərəfindən də yüksək dəyərləndirilən intellektinin, təşəbbüskarlığının, nüfuzunun, təşkilatçılıq və idarəetmə bacarığının bəhrəsidir.
Mehriban Aliyeva xanım çoxşaxəli fəaliyyəti dünya səviyyəsində təqdir edilir.
Onu da vurğulamaq gərəkdir ki, Azərbaycanın birinci xanımı bir çox beynəlxalq mükafatlara layiq görülüb. Bu isə o deməkdir ki, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti dünya səviyyəsində təqdir edilir. Azərbaycanın birinci xanımının bu günədək layiq görüldüyü çoxsaylı beynəlxalq mükafat və təltiflərin bir qismi məhz onun xoşməramlı səfir kimi gördüyü işlər, mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır. Eyni zamanda, Azərbaycanın birinci xanımı mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə, həmçinin, ictimai, sosial və mədəni həyatda fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə beynəlxalq mükafatlara layiq görülüb.
Bir sözlə, Mehriban xanım Əliyeva geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır.
“Qadınlar və qızlar elmdə “Beynəlxalq Günü münasibəti ilə Azərbaycan xanımlarını və qızlarını səmimi qəlbdən təbrik edir ,onlara xoş arzularımı çatdırıram !



















