Belçika 2 həftə ərzində rusların 2,7 milyard avroluq bank hesablarını dondurub.
Qanunla.az xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.
Bildirilib ki, Belçika həmçinin ruslara aid ümumi dəyəri 7,3 milyard avro olan hesab əməliyyatlarını da bloklayıb. Beləliklə, ümumilikdə rusların Belçikadakı 10 milyard avroluq aktivləri dondurulub.


























