Belarusda bu gün 176 nəfər saxlanılıb.
Qanunla.Az xəbər verir ki, bu barədə “Vesna” hüquq müdafiəsi mərkəzi məlumat yayıb.
“Saat 22:00-a (Bakı vaxtı ilə 23:00) olan məlumata görə, Belarusda azı 176 nəfər saxlanılıb”, – məlumatda bildirilib.
158 nəfər yalnız paytaxt Minskdə saxlanılıb.
Belarus Daxili İşlər Nazirliyi isə saxlanılanların 100 nəfər olduğunu bildirib.
Qeyd edək ki, Belarus müxalifəti martın 27-nə bütün ölkə ərazisində kütləvi etiraz aksiyaları təyin etmişdi.