image-qanunla-reklam
image-1630485997_bakuhava730072_df6d251032_k_361

Bazar gününə olan HAVA PROQNOZU

image-lady-day-az

Bakıda və Abşeron yarımadasında aprelin 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Qanunla.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-10° isti olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki