23 iyun Azərbaycan Respublikasında Dövlət qulluqçularının peşə bayramı günü ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunda Baş prokurorun rəhbərliyi ilə prokurorluğun dövlət qulluqçuları və veteran dövlət qulluqçularının iştirakı ilə tədbir keçirilib.
Baş Prokurorluqdan Qanunla.az-a verilən məlumata görə, tədbirdə Baş prokuror tərəfindən peşə bayramı ilə əlaqədar müvafiq əmrlə təltif edilmiş dövlət qulluqçularına və veteranlara hədiyyələr təqdim edilib. Müzəffər Ali Baş Komandan tərəfindən dövlət qulluqçularına göstərilən xüsusi diqqət və qayğıya, həmçinin Möhtərəm Prezidentin dövlət qulluqçularının fəaliyyətində müəyyən etdiyi prinsiplərə toxunulmuşdur. Dövlət qulluqçuları və veteranlar göstərilən diqqət və qayğı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib.