image-qanunla-reklam
image-443bd904-0154-4dca-b1f9-f28d3b7abbe2

Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edəcək

image-lady-day-az

Dekabrın 5-də Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edəcək.

Bu barədə “Qanunla.az”a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev saat 10:00-da Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Sumqayıt şəhərinə gəlmələrinin təşkili aidiyyəti prokurorluqlar tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin *(012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, contact@prosecutor.gov.az* elektron poçt ünvanı, həmçinin *prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X)* vasitəsilə də qəbula yazıla bilərlər.

Orxan Rasifoğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki