image-qanunla-reklam
image-1676997441_1676994864_img_20230221_195222_940

Baş nazir Rusiyanı sülhməramlıları çıxarmağa ÇAĞIRDI

image-lady-day-az

Moldovanın yeni baş naziri Dorin Recean Rusiyanı ölkə ərazisində qeyri-qanuni yerləşdirdiyi silahları və hərbçiləri çıxarmağa çağırıb.

“Qanunla.az” xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.

“Moldova Dnestryanı münaqişəsini sülh yolu ilə həll etməyi öhdəsinə götürür. Bu o deməkdir ki, Rusiya silah və texnikanı təxliyə etməlidir. Rusiya dəfələrlə bu öhdəliyi üzərinə götürüb, onun yerinə yetirməsi vacibdir”, – deyə Recean bildirib.

Qeyd edək ki, Dnestryanıda Rusiya qoşunlarının əməliyyat qrupu 1995-ci ildən mövcuddur, Kişinyov dəfələrlə rus qoşunlarının çıxarılmasını tələb edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki