image-qanunla-reklam
image-1651215934_naam_16_9_1651215455

Baş nazir narkotik qaçaqmalçılığında tutuldu

image-lady-day-az

Karib dənizindəki Britaniya ada icması olan Britaniya Virciniya Adalarının baş naziri, 51 yaşlı Endryu Alturo Fahie ABŞ-da narkotik qaçaqmalçılığına görə həbs edilib.

“Qanunla.az” xəbər verir ki, o, Mayami hava limanında qaçaqmalçılıq yolu ilə ABŞ-a kokain apardığı üçün həbs edilib.

Belə ki, Baş nazir  Mayami Opa-locka İnzibati Hava Limanında təyyarəyə minərkən Narkotiklərlə Mübarizə Agentliyinin əməkdaşları tərəfindən saxlanılıb.

Fahie ilə yanaşı, Karib arxipelaqının limanlar idarəsinin rəhbəri Oleanvine Maynard da narkotik alverinə görə həbs edilib. Fahie və Maynardın hazırda federal həbsxanada saxlandığı və bu gün məhkəmə qarşısına çıxarılacağı açıqlanıb. Baş nazirin də çirkli pulların yuyulmasında ittiham olunduğu bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki