image-qanunla-reklam
image-615484330_1433033994843041_5353170178078591498_n

Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur

image-lady-day-az

Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur

Ölkənin su təhlükəsizliyinin möhkəmləndirilməsi, paytaxt Bakı və Abşeron yarımadasının sosial-iqtisadi inkişafının davamlı əsaslar üzərində qurulması baxımından yanvarın 12-də Prezident cənab İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə mühüm əhəmiyyət daşıyır. Müşavirədə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramının əsas konturları müəyyənləşdirilib. Uzunmüddətli və kompleks yanaşmanı ehtiva edən bu sənəd urbanizasiya proseslərinin düzgün idarə olunmasına, əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və ekoloji tarazlığın qorunmasına xidmət edir. Prezident cənab İlham Əliyevin müşavirədə qaldırdığı bir sıra vacib məsələlər sırasında paytaxt Bakı və Abşeron yarımadasında uzun illərdir yığılıb qalmış içməli su problemləri xüsusi aktuallığı ilə seçilir: “Bu problemlər zaman-zaman müxtəlif tədbirlərlə aradan qaldırılmağa çalışılsa da, artan əhali sayı, intensiv şəhərsalma prosesi və mövcud infrastrukturun köhnəlməsi məsələyə daha sistemli yanaşma tələb etdiyini göstərir. Məhz bu reallıqlar fonunda dövlət başçısının məsələni strateji müstəvidə gündəmə gətirməsi xüsusi əhəmiyyət kəsb edir. Bu gün artıq aydın görünür ki, Bakı şəhəri, onun qəsəbələri, Sumqayıt şəhəri və Abşeron rayonunu əhatə edən vahid, genişmiqyaslı və əhatəli dövlət proqramının qəbulu zəruri xarakter alıb. Belə bir proqram region üzrə su təchizatının bütövlükdə yenidən qurulmasını, mövcud çatışmazlıqların mərhələli şəkildə aradan qaldırılmasını və gələcək onilliklər üçün dayanıqlı su təminatının yaradılmasını hədəfləməlidir. Bu yanaşma yalnız əhalinin gündəlik həyatına birbaşa təsir edən problemlərin həllinə xidmət etmir, həm də paytaxt regionunun sosial-iqtisadi inkişafının davamlı əsaslar üzərində qurulmasına imkan verir. Dövlət proqramı çərçivəsində həm mövcud su şəbəkələrinin modernləşdirilməsi, həm də yeni infrastruktur layihələrinin reallaşdırılması nəzərdə tutulur ki, bu da regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır”.

Bakı, Sumqayıt, Abşeron rayonu və 64 yaşayış məntəqəsində su təchizatı sistemlərinin genişmiqyaslı yenidən qurulması da planlaşdırılır: “Təxminən 200 kilometrdən çox magistral kanal və eyni qədər paylayıcı şəbəkə yenidən qurulacaq və modernləşdiriləcək.Bu, regionda su təminatının müasir standartlara uyğunlaşdırılmasını, şəhər və qəsəbələrdə əhalinin gündəlik həyatının asanlaşdırılmasını təmin edəcək. Dövlət proqramı yalnız infrastrukturun yenilənməsini əhatə etmir. O, həm də əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə, şəhər və qəsəbələrdə sosial-iqtisadi inkişafın davamlı əsaslar üzərində qurulmasına və ekoloji tarazlığın qorunmasına xidmət edir. Uzunmüddətli perspektivdə bu layihələr, həmçinin urbanizasiya proseslərinin daha səmərəli idarə olunmasına, su ehtiyatlarının qorunmasına və regionun dayanıqlı inkişafına təkan verəcək. Məlumdur ki, paytaxt Bakıda leysan yağışları yağan kimi şəhərdə həyat demək olar ki, dayanır. Küçələrdə nəqliyyat hərəkəti iflic olur, insanlar işə gecikir, gündəlik iş və fəaliyyət planları pozulur. Prezident cənab İlham Əliyev çıxışında bu məsələyə xüsusi diqqət çəkib və bildirib ki, “bu, təkcə Bakıda, Azərbaycanda deyil. Biz televiziya verilişlərində dünyanın istənilən yerində bunu görürük. Hətta ən inkişaf etmiş hər ölkənin şəhərlərində də daşqınlar adi hal alıb. Heç bir şəhərin infrastrukturu imkan vermir ki, əgər şiddətli leysan yağışları bir neçə gün davam etsə, bunu idarə etmək mümkün olsun”. Hazırda kanalizasiya xidməti yalnız əhalinin yarısına çatır, lakin Proqramın icrası ilə bu göstərici 95 faizə yüksələcək. Bundan başqa, yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq. Bu isə şəhərin əksər hissəsində yağış sularının effektiv idarə olunmasını təmin edəcək və eyni zamanda gündəlik həyatın rahatlaşmasına xidmət edəcək, daşqınların qarşısını alacaq və nəqliyyatın fasiləsiz hərəkətinə imkan yaradacaq.

 Emin Qazıyev – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki