image-qanunla-reklam
image-1744608047-qaz

Bakının bu rayonunda qaz kəsiləcək

image-lady-day-az

Bu gün Bakının Nizami rayonunun bəzi küçələrinin qaz təchizatı dayandırılacaq.

Bu barədə Qanunla.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş sızmanın ləğv olunması məqsədilə aprelin 14-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-bərpa işləri aparılan müddətdə A.Manafov, K.Balakişiyev, B.Çobanzadə, M.Abbasov, Özbəkistan, Ə.Hacıyev, Ə.Vəliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki