image-qanunla-reklam
image-kuce-isiq

Bakının bu küçəsi gündüz də “işıqlandırılır”

image-lady-day-az
Paytaxtda küçə işıqlarının gündüz saatlarında söndürülməməsi hallarına da rast gəlinir. Bu enerji itkisi bu gün Bakının Xətai rayonu Vunq Tau küçəsində təkrarlanıb: küçə işıqları gündüz də yanır.

Məsələ ilə bağlı Qanunla.aza Xətai rayonu Küçə İşıqları İdarəsindən bildirilib ki, sözügedən ərazidə profilaktik tədbirlər və təmir işlərinə görə işıqlar yanılı saxlanılıb:

“Elektrik xətti qırıq olduğu üçün kabellər dəyişdirilir. Axşam saatları işıqlar yandığı vaxt neçə lampanın işləmədiyi məlum olur. Əməkdaşlarımız səhər ərazidə lampaları dəyişir. Lampaların işləyib-işləmədiyini bilmək üçün səhər müvəqqəti olaraq işıqlar yanılı saxlanılır”.

Açıqlamada həmçinin qeyd olunub ki, sözügedən ərazidə ümumi küçə lampaları avtomatlaşdırılmış dəqiqə nəzarət sistemi ilə işləyir və artıq sərfiyyatın qarşısı alınır. Bunun üçün əraziyə nəzarət edən işçilər var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki