image-qanunla-reklam
image-1647094558-azal

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı – SƏBƏB

image-lady-day-az

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

“Azərbaycan Hava Yolları” QSC-dən “Qanunla.az”a verilən məlumata görə, təyyarə saat 08:37-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki