image-qanunla-reklam
image-1649320117_j

Bakıda yol təmir edildi – Maşın dayanan yerə asfalt vurulmadı

image-lady-day-az

Sosial şəbəkələrdə yol təmiri zamanı kənarda park edilmiş avtomobilin olduğu yerə asfalt vurulmayıb.

Qanunla.az xəbər verir ki, həmin foto Bayıl qəsəbəsindən 20-ci sahəyə gedən yolda çəkilib.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Qanunla.az-a açıqlamasında təmir zamanı həmin avtomobilin sahibinin tapılmadığı üçün belə bir hadisənin baş verdiyini bildirib:

“AAYDA əməkdaşlarının sahibi olmadan hər hansı nəqliyyat vasitəsinə toxunmağa, əl dəyməyə və onun yerini dəyişməyə ixtiyarı yoxdur. Asfalt da elədir ki, o gətiriləndə temperatur soyumamış döşənməlidir. Artıq bu gün həmin problem aradan qaldırılacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki