image-qanunla-reklam
image-ffe30fbd-ad76-3461-a8fb-5069a6d382d5_850

Bakıda kuriyer şirkətindən oğurluq edilib

image-lady-day-az

Bakıda kuriyer şirkətlərindən birinin ofisindən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə dekabrın 25-də rayon ərazisində yerləşən kuriyer şirkətlərindən birinin ofisindən 8 600 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Bağırov və M.Əsgərov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki