Bakıda həyat yoldaşının saçını keçəl edərək sosial şəbəkələrdə yayan Tamerlan Məmmədovun həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Qanunla.az-ın əldə etdiyi məlumata görə, Nərimanov rayon məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, Tamerlan Məmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə – işgəncə ilə verməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, bu maddənin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.
Qeyd edək ki, Sosial şəbəkələrdə bir kişinin qadına şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb.
Həmin görüntülərlə bağlı DİN-in Mətbuat Xidmətindən verillən məlumata görə, oktyabrın 28-də gecə saatlarında bir qadına yaşadığı ünvanda həyat yoldaşı tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı polisə məlumat daxil olub.
Əməli törətməkdə şübhəli bilinən T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Orxan Rasifoğlu
 
  
  
  
 

























