image-qanunla-reklam
image-1690876049_ld0q5ocfcmpqph9ssr1nvimsjufhzubyjmuzpfxh

“Bakı Metropoliteni” QSC-də yeni təyinat

image-lady-day-az

“Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi vəzifəsinə təyinat olub.

“Qanunla.az” xəbər verir ki, bu vəzifəyə Azad Mustafayev təyin edilib.

O, 2019-cu ildən “Bakı Metropoliteni” QSC-də istismar üzrə baş mühəndisin müavini işləyirdi.

Qeyd edək ki, A.Mustafayev bundan əvvəl “Azərenerji” ASC-də istehsalat-texniki şöbənin rəis müavini, “Azərişıq” ASC Binəqədi rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi vəzifələrində çalışıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki