image-qanunla-reklam
image-87df9530-8461-4390-b2c7-a738767e818b

Bakı limanının logistika imkanları genişləndirilir – FOTO

image-lady-day-az

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin sifarişi ilə Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC Ələt qəsəbəsində, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində “Mineral gübrə anbarları” kompleksinin tikintisinə başlayıb.

Bu layihə müvafiq avadanlığın təchizatçısı olan “CLAUDIUS PETERS Technologies” (Almaniya) şirkətinin texnoloji tapşırığı əsasında hazırlanıb.

“EVRASCON” korporasiyasının tikinti təcrübəsi və mühəndislik potensialı sayəsində iki mərhələdən ibarət olacaq kompleksin tikintisinin müfəssəl planlaşdırılmasına nail olunub.

Mərhələ 1 – Mürəkkəb konfiqurasiyalı monolit dəmir-beton bloklardan ibarət, konveyer tunelləri olan və ikixətli konveyerlərlə təchiz olunmuş metal konstruksiya örtüklü binanın tikilməsi.

Mərhələ 2 – Konveyer xəttinin statik metal konstruksiyasının qurulması, avadanlıqla təchiz edilməsi və quru-dənəvər mineral gübrələrin daşınması və saxlanması proseslərinin tam avtomatlaşdırılması.

Ümumi sahəsi 7 465 kvadratmetr olan bu layihə geniş imkanlara malik olacaq: ən müasir konveyerlərdən istifadə olunmaqla mineral gübrələrin avtomatik boşaldılması, saxlanması və yüklənməsi, dəmir yolları ilə nəqli və s.

Müasir tikinti üsullarından, ən yaxşı material və avadanlıqlardan istifadə etməklə yeni anbarda eyni vaxtda 60 min ton gübrə saxlamaq mümkün olacaq.

Obyektin istifadəyə verilməsi 2022-ci ilin sonuna planlaşdırılır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki