image-qanunla-reklam
image-azal

Bakı-İstanbul reysi ləğv edildi

image-lady-day-az

Türkiyədə əlverişsiz hava şəraiti ilə əlaqədar AZAL-ın bu gün, martın 12-si üçün nəzərdə tutulmuş Bakı-İstanbul (J2-077/J2-078) reysi ləğv edilib.

Qanunla.Az xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.

Ləğv edilmiş reysin sərnişinləri sabah (13 mart) J2-075/J2-076 reysi ilə İstanbula yola düşəcəklər.

Uçuşun yerinə yetirilməsi üçün geniş gövdəli uzun məsafəli “Airbus 340” təyyarəsindən istifadə ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki