Bağdad Beynəlxalq Hava Limanı bu gün raket atəşinə tutulub.
“Qanunla.az” xəbər verir ki, İraqın təhlükəsizlik agentliklərindəki mənbə RİA Novosti-yə bildirib ki, ən azı altı raket vurulub.
“Ən azı altı raket vurularaq uçuş-enmə zolağına yaxın yerə düşüb”, – mənbə bildirib.
Bildirilib ki, raketlər hava hücumundan müdafiə sistemi sayəsində vurulub.
Hücum nəticəsində hava limanında park edilmiş təyyarə zədələnib.


























