Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Bacarığımızı birgə inkişaf etdirək” layihəsinə iştirakçıların qeydiyyatı başladı.
Zərdab, Ucar və Kürdəmir rayonlarında icrası nəzərdə tutulan bu layihəmizdə əsas məqsədimiz, regionda mədəni və yaradıcılıq potensialına malik şəxslərin aşkara çıxararaq inkişaf etdirilməsi, istedadlı və yaradıcı şəxslərin tanıdılması, onların bacarıqlarının artırılması üçün təlim, seminar və yaradıcılıq platformalarının yaradılmasıdır.
Layihə çərçivəsində iştirakçılar İncəsənət, ədəbiyyat, musiqi, teatr, rəqs, təsviri sənət, rəqəmsal yaradıcılıq və digər bacarıqlar üzrə öz potensiallarını inkişaf etdirmək imkanı əldə edəcəklər.
Əgər sən də bacarığına və potensialına inanırsansa, bu fürsəti qaçırma və komandamıza qoşul!
Son qeydiyyat tarixi: 15 aprel 2026-cı il saat 23:59.
Müraciət üçün yaş məhdudiyyəti yoxdur.
Ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün sosial şəbəkə hesablarımızdan və ya 010 516 63 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz




















