image-qanunla-reklam
image-1657787524-saygac

“Azərsu” ASC-nin idarəsindən 50 ədəd su sayğacı oğurlanıb

image-lady-day-az

“Azərsu” ASC-nin Abşeron Sukanal idarəsinin binasından su sayğacları oğurlanıb.

Daxili İşlər Nazirliyindən “Qanunla.az”a bildirilib ki, Abşeron Rayon Polis İdarəsinə iyulun 7-nə keçən gecə Xırdalan şəhəri ərazisində yerləşən Abşeron Sukanal idarəsinin binasından 50 ədəd su sayğacının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Xırdalan şəhər sakini N.Quliyev və Tərtər rayon sakini T.Əlizadə müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki