Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində Şəki şəhərində sahibkarlarla görüşü təşkil olunacaq.
Qurumdan Qanunla.Az-a verilən məlumata görə, “Azəriqaz”ın rəhbər şəxsləri Şəki şəhəri, Sabit Rəhman küçəsi, 9 ünvanında – M.F.Axundov adına mədəniyyət və istirahət parkında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” fevralın 2-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.



















