image-qanunla-reklam
image-1649762015_xxxxx

“Azəriqaz” sahibkarlarla növbəti görüşü Xəzər rayonunda keçirəcək

image-lady-day-az

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Xəzər rayonunda təşkil olunacaq.

Qanunla.Az  xəbər verir ki, “Azəriqaz” İB-nin rəhbər şəxsləri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, II Dünya Müharibəsi Veteranları Parkında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” aprelin 14-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki