Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev abonentlərin qaz təsərrüfatında yaranmış problemləri ilə bağlı suallarını canlı cavablandıracaq.
Bu barədə Qanunla.az–a “Azəriqaz”dan məlumat verilib.
Bildirilib ki, havaların kəskin soyuması ilə əlaqədar bu gün saat 17:00-da Azəriqaz İB-nin baş direktoru Ruslan Əliyevin Feysbuk üzərindən öz səhifəsindən canlı yayımı planlaşdırılır.
Abonentlər qaz təsərrüfatı ilə bağlı yaranmış problemləri canlı yayıma qoşularaq baş direktora ünvanlaya bilərlər.



















