“Azəriqaz” İB-nin Qadın və İnkişaf Şurasının növbəti qadınlarla görüşü Ağsu Rqii-də baş tutub.
Ağsu Rqii-in rəisi Beybutov Osman Qadın və İnkişaf Şurasının yaranması təşəbbüsünə dəstək verdiyi üçün Birliyin baş direktoru Ruslan Əliyevə təşəkkürünü bildirib.
Osman Beybutov Şuranın qadınların hüquqlarının qorunması, əmək fəaliyyətinin stimullaşdırılması baxımından olduqca faydalı olacağına əmin olduğunu deyib.Bu işdə hər kəsə uğurlar arzulayıb.
Görüş çərçivəsində Şura tərəfindən qadın əməkdaşlarla fəaliyyətin tənzimlənməsi məqsədi ilə Ağsu Rqii -nə təyin olunmuş Aygün Yəhyayevayada fəaliyyətində uğurlar arzulanıb.





















