“Azəriqaz” İB-nin Qadın və İnkişaf Şurası 30.12.2021-il üçün yekun onlayn toplantı keçirib.
Qadın və İnkişaf Şurası sədri Gülnar Rəhimqızı heyət üzvlərinə keçirilən tədbirlər, qazandıqları uğurlar, qarşılaşdıqları problemlər barədə məlumat verib.
Yarandıqları çox qısa zaman olsada həyata keçirilən tədbirlərdə qazanılan uğurlara, verilən təklif və müraciətlərə ən qısa zamanda həllini tapdığı və həllinin icratı üçün tapşırıq verdiyi üçün qadın işçilərinə göstərdiyi diqqət və qayğıya görə “Azəriqaz” İB- nin baş direktoru cənab Ruslan Əliyevə təşəkkürünü bildirib. Növbəti il üçün nəzərdə tutulan Tədbirlər Planı istiqamətində müzakirələr aparıb.
Müzakirələrlə davam edən görüşdə heyət üzvlərini maraqlandıran suallar cavablandırılıb, təklifləri dinlənilib.
Daha sonra sədr müavini Aybəniz Paşayeva, heyət üzvləri Sumqayıt Rqii-İbrahimova Ofelya,Tərtər Rqii-Həmidova Şəbnəm,
LKB-Aslanova Xəyalə, Salyan Rqii-Əliyeva Samirə BRQSD-Dəryagir Aynur,
“104-Operativ”çağrı mərkəzi-İsgəndərova Lalə, baş direktor cənab Ruslan Əliyevə dəstək və qayğısı üçün təşəkkür edərək, hər kəsin bayramını təbrik edib və uğurlar arzulayıblar.
Sonda Gülnar Rəhimqızı “Azəriqaz” Qadın və İnkişaf Şurası adından başda Cənab Prezident İlham Əliyev ,Vitse Prezident Mehriban Əliyeva olmaqla Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yenil il münasibəti ilə hər kəsi təbrik edib.
Biz Birliyimizi bütün dünyaya 44 -Günlük Vətən Savaşında göstərdik.Birliyimiz əbədi və daim olsun.
Şəhidlərimizin ruhu qarşısında daim borcluyuq. Məqamları Ucadır!




















