Qanunla.Az xəbər verir ki, bu barədə Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev məlumar verib.
Birlik rəhbərliyinin Açıq mikrofon aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Bakı şəhərinin Abşeron rayonunda təşkil olunacaq. “Azəriqaz” İB-nin rəhbər şəxsləri Abşeron rayonu, Novxanı qəsəbəsi, Novxanı stansiyasının yanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” fevralın 23-də saat 11:00-dən 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.



















