Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək.
“Azəriqaz”dan Qanunla.Az-a verilən məlumata görə, bütün media, QHT mənsublarının və sosial şəbəkə fəallarının (blogger) üzünə açıq olacaq bu aksiya Feysbuk sosial şəbəkəsi üzərində canlı yayımlanacaq.
Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.



















