“Nə? Harada? Nə vaxt?” televiziya oyununun üzvü, jurnalist Rövşən Əsgərov Rusiyada cinayət maddəsi ilə axtarışa verilib.
“Qanunla.az” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin axtarış şöbəsi məlumat verib.
“1972-ci il təvəllüdlü Rövşən Əsgərov Cinayət Məcəlləsinin adı çəkiləməyən maddəsi ilə axtarışa verilib”, – məlumatda deyilir.
Qeyd edək ki, R.Əsgərov artıq bir neçə ildir ki, Rusiyanı tərk edib.



















