Azərbaycanla Vyetnam arasında şəxsi təmasların möhkəmləndirilməsi üzrə imkanları yaxşılaşdıracaq
Azərbaycanla Vyetnam arasında ikitərəfli əlaqələrin yaranması və formalaşması da bu baxımdan diqqəti çəkir. Hələ SSRİ dönəmində, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər etmişdi. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olan Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olmuşdu. Vyetnam onda Azərbaycan adlı bir məmləkət haqqında ilkin siaysi, iqtisadi, mədəni təəssüratlara malik olmuşdu.
Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfərini də xatırladan dövlət başçımız bu səfər çərçivəsində Leyla xanım Əliyevanın vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib.
Dövlət başçımız müsahibədə qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaranacağına, bunun iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcəyinə, yeni əməkdaşlıq imkanlarının mövcudluğuna əminliyini də bildirərək dünyəvi proseslərdə mühüm əhəmiyyətə malik olan bir məqamı da xatırlatdı: “Onlar Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində təhsil proqramlarından istifadə edə bilərlər. Bu, akademik mübadilə, elmi tədqiqatlar və Azərbaycanla Vyetnam arasında şəxsi təmasların möhkəmləndirilməsi üzrə imkanları yaxşılaşdıracaq. Mübadilə proqramlarının reallaşdırılması, həmçinin elmi-texniki sahədə əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafı üçün daha bir perspektivli istiqamətə çevrilə bilər..”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə tarixi baxımdan da dünyəvi mahiyyətləri ifadə edir, ikitərəfli münasibətlər sferasında da. Bu müsahibə qarşılıqlı ehtiramı ifadə edən səmimi müsahibə kimi tarixləşdi.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri